“Dövlət-Millət” və Demokrası üzərə yazılmış bəzi görüşlərə baxış

 

Xalq Arasında bir məsəl var: Keçəl baxar güzgüyə, adını qoyar özgəyə. Bu deyim bir çox açıdan Azərbaycan Dil və Mədəniyətini əsas götürmüş insanların qulağında bir sırğa olaraq zamanında onların qulağında səslənməli və gərəkli zamanlarda onları ayıq və sayıq olmağa dürtməlilidir. Fars istemarçılıq məfkurəsi çürüməyə və uçuruma doğru yönələrkən düşüncə və fikir baxımından Fars məhfəllərinə bağlı olan istemar amilləri Fars istemarçılıq anlayışını dövlət-millət adı yerinə qələmə alaraq İran Məmaliki Məhrusəsindəki milliyətlərin milli məsələrinə kölgə düşürməgə çalışar[i], bəziləri də pantürkist məquləsini üzlərinə bir ələk kimi tutaraq Fars istemarçılığını danmağa çalışarlar[ii]. Beləliklə İran adı altında iraniyətfarslıq məfkurəsini bir çox insanlar milli məsələlərinin fərqina varmadan onlara aşılamış (təzriq etmiş) məqamda yer alarlar. Yeri gəlmişkən ömür boyu Hizbi Tudeye İran-Fars təşkilatında sümük sındırmış Babək Əmir Xusrəvinin “dövlət və millət və demokrası” anlayışlarını gözdən keçirməyə çalışaq. Babək Əmir Xusrəvi Fars istemarçılıq məfkurəsini bir “dövlət və millət” anlayışı deyə əsaslandırmaq üçün Fəransədəki “istemarçı dövlət və millət” anlayışının tarixinə deyinərək öz Fars istemarçılıq və nehilistlik məfkurəsini əsaslandırmağa çalışmış, oxuyuruq:

"
... تجمع همبودی‌های قومی مختلف، با همت وسرگردگی شاه فرانسه، ازطریق اتحاد سیاسی در کالبد دولت واحد که دراندام شاه مطلق العنان تجسّم می‌یافت، صورت گرفت. هنوز در این مرحله، برای مردم فرانسه، تجلّی احساس تعلق به یک ملت واحد، تنها از طریق دولت مرکزی و شاه خودکامه، میسر بود. ولی در واقع، نوعی جدائی و بیگانگی میان ملت و دولت برجای مانده بود. زیرا دولت، نماینده و منتخب ملت نبود. اما تحول مهمی که در قرن ۱۸ درفرانسه، همزمان با انگلستان روی داد، خود آگاهی ملت در تقابل با نظام خودکامه پادشاهی بود. این تحولِ درونِ ملت در تمامیّت آن بود. و در پرورش و تکوین آن، روشنفکران آزاد اندیش نظیر مونتسکیو، ولتر و ژان ژاک روسو و دیگران نقش بزرگی ایفا کرده و زمینه فکری و ایدئولوژیک آن را فراهم ساخته بودند،. تحول فرهنگی- سیاسی که با مرحله تعالی بورژوازی، بمثابه نیروی سیاسی - اقتصادی، همزمان بود. بورژوازی در آن زمان، بخشی از ملت و در نظام طبقاتی - کاست‌ای آن روز فرانسه، جزئی از طبقه سوم (tiers etat) به حساب می‌آمد که کارگران و پیشه‌وران و دهقانان را نیز در برمی‌گرفت. دو طبقه دیگر: روحانیان و نجبا-اشراف بودند"[iii].

Milli dövlətçilik məfkurəsi ilk olaraq Fəransə İmpiratorluğunda Fəransə dövlətçiliyi məfkurəsinə söykəndiyinə baxmayaraq 1789. il başvermişləri bugün bir yeni tapıntı (vəhye münzəl) diyə başqa millətlər üçün yedirməyə çalışmaq Sovyet Rusiyəsini bir ülgü və şablon deyə Rusiyə İstemarçılığını təbliğ etmək kimi bir davranışdan başqa bir anlayış olabilməz. Yeri gəlmişkən Fəransənin dövlətçilik tarixinə deyinmək heç də pis olmaz.

Fəransə İmratorluğu və Fəransə dili

Fəransə dili Hindü Avrupa dillərinin Ruman dil qurupuna bağlı olduğuna baxmayaraq qıramer və söz dağarcığı baxımından Fəransə dili üzərə Latin dili böyük ətki və təsirə malik olmuş. Ortaçağda  ( qurun vüsta)  Latin dili kilisada , bilim ocaqlarında və siyasətçilər və məhəlli ləhcələr üzərə də böyük ətki və təsir buraxmış. Bu durum 17. yüz ilə dək Fəransə impiratorluğunda xalq arasında davam edərkən, kilisada və bilim ocaqlarında daha artıq höküm sürmüş. O dönəmdə Fəransə dili müxtəlif ağızlara  (ləhcələrə)  bölünmüş imiş. Bu dillər quzey “langue d’oeil” və güney “langue d’oc” ağızları  (ləhcə ləri)  deyə birbirlərindən fərqlənirmişlər. Bunlara baxmayaraq ortaçağda Fəransə ədəbiyat dili şahlıqlarda  (səraylarda)  gəlişməyə başlamış. Fəransənin quzeyində varlı xalq kitləsi arasında “langue d’oeil” ağızında (ləhcəsində)  trouyéres deyə dastan və quşmalar yayılmağa başlarkən, güneyində xalq arasında “langue d’oc” ağızında  (ləhcəsində)  troubadours deyə oxumalar  (təranələr)  yayılmağa başlamış. 1539. il Fəransə İmpiratoru, I. Franz “Edikt von Villers-Cotterêts (Frz. Ordonnance de Villers-Cotterêts)” adlı bir buyuruq yayınlamış. O buyuruqda siyasi məseləni xalq da başa düşməsi üçün bütün qanunların Latincədən Fəransə dilinə çevrilməsini istəmiş. Fəransədə ədəbi qalxınma və ronusans dönəmində kitab yayımının başlanması ilə bütün siyasi və dini əl yazılarının Fəransə dilinə çevrilməsi daha da gərəkli sayılmış. Beləliklə Fəransə dilində sözlük kitabları da ortaya çıxmağa başlamış. Fəransə bilim yurdu “Académie Françoise” adlı qurumun yaranması ilə bilginlər və aydınlar Fəransə dilinin qırameri , yazı biçimi və ifadəsi üzərə araşdırmalar aparmağa başlamışlar. Fəransə dili aydınlanma dönəmində çox saylı sözlük və kitab və ansklopedi yayınları vasitəsi ilə şahlıqlar və elçiliklər, eləcə də dövlətlər arası diplomatlar dili olmuş. 18. əsrin sonlarında Fəransədə burjuvazı devrimi baş verərkən yeni ortaya çıxmış yeniliklər üçün Fəransə dilində deyimlər ortaya qoyulmadığı üçün məhəlli ağızlar  (ləhcələr)  daha artıq ağırlıq basmağa başlamış.

Beləliklə məhəlli dillərin cümlə quruluşu və yapıları gəlişərkən bəzi deyimlər bölgə və məhəlli dillərə Latincədən çevrilməyərək (tərcümə edilməyərək) olduğu kimi o dillərə daşınmışlar, örnək olaraq Citoyendə latincə orta oxullar (mədrəsə mətüstə)  açılmağa və LarousseLittré sözlüklərinin yenisi yayınlanmağa başlamış[iv]. Bunların yanısıra yerli xalq dili və köçəri toplumların sözlü  (şəfahı)  ədəbiyatı da yayınlanma haqqını qazanmış.

 Xalq eyitiminin  (tərbiəsinin) gəlişməsi toplum içərisində dil bilincinin gəlişməsinə də yol açaraq sözlü  (şəfahı)  dil də iləriləmiş. Bu gəlişmələr əl ələ verərək zaman gedişi ilə Fəransə cumhuriyətinin yaranmasına yol açmış. 1992. il Fəransənin anayasasında  Cumhuriyət dili Fəransə dili  (2. əsl)  deyə yazılmasına və Fəransədə 9 yayqın məhəlli dil olmasına baxmayaraq bu dillər Rəsmi dil deyə tanınmadıqları üçün Fəransə dilinin təzyiqinə uğramışlar. Qıssa söz ilə deyilərsə , Fəransə hakimiyti tərəfindən heç bir məhəlli dil idarə və rəsmi dil deyə qəbulluq görməz. Yalnız Kurzika adasında yerli xalq ictmaiyətinin Fəransə hakimiyəti qarşısında dirənişi o zamankı Fəransənin birinci vəziri Lionel Jospin‘ni Kurzika dilində mədrəsələrdə dərs oxunmasına icazə verdirməyə zorlamış. Fəransə hakimiyətinin milli azlıqlar istəyi qarşısında susması və onlara haq tanımadığı Jakobin  (jacobin)[v] qorxusu deyə qələmə alınar. Jakobin qurupu bir solçu  axın olaraq Fəransə şahlığı üçün bir qorxu qaynağı oluşdurduğuna baxmayaraq bu qurup da Fəransə sağcıları kimi FəransəDatei:Langues de la France.svg dilini Fəransə mədəniyətinin bir hakimiyyət etmək vəsiləsi deyə nəzərə alarmış[vi]. Demək Fəransə eliti sağ və sol kəsimə bölündüklərinə baxmayaraq dil və mədəniyyət bilinci açısından düşüncə birliyinə və milli azınlıqlar qarşısında hejemon emal etmənin vacib olduğunun fərqına vardıqdan sonra bu Jakobin qorxusu daha artıq Fəransədə dövlətçilik əleyhinə bir təhlükə sayılmamış. Jacobin sözcük və kələməsi bir siyasi deyim olaraq Fransız olmayan milliyətlərin Fəransə hakimiyyətinə tutumları yerinə və Fəransə hakimiyyətinin onlardan əndişələnməsi yerinə qələmə alınmağa başlamış. Jakobinlərin (Jacobin) milli görüşlərinə əsasən milli azlıqlar öz dil və mədəniyətləri əsasında öz gələcəklərinə və yaşayışlarına hakim olsaymışlar, Fəransə birliyi xətərə düşərmiş. Demək bir çoxları üçün mədəniyət beşiyi sayılan Fəransə İmpiratorluğu və Fəransə solçuluğunu ideal və mətlub bir xiyal, yoxsa gerçək istək qələmə alınmasına baxmayaraq siyasət dünyasında Solçuluğun təməlini qoyan Jakobinlər və onların sonraki ardıçılları bugünkü insanı toplumlara bir ideal örnək və nümunə sayılabilməzlər[vii]. Fəransə dil və mədəniyyəti istemarçılığına məruz qalmış və kültür soyqırımına uğramış və sayları günü gündən azalmaqda olan 15 milyon yerli milliyətlər bugün də Fəransə Dil və mədəniyyətinin basqısına məruz qalmış sayılarlar (Baxınız: Fəransənin etnik xəritəsinə)

Babək Əmir Xusrəvi genə də yazar:

"متفکرین آزاد اندیش فرانسه آرمانشان پایان دادن به رژیم مطلقه و از میان برداشتن نظام اشرافیت و امتیازات فئودالی بود. و ملت را چون ساختار واحد، منتهی با رسالت جدیدی به روی صحنه آوردند تا در فردای تلاشی نظام کهن، هم چون مظهر ارادۀ عمومیِ شهروندان عمل کند. ژورژ بوردو در تحلیل این لحظه و وضعیت تاریخی، نکته بسیار مهمی را خاطر نشان میکند"[viii].

İran Məmaliki Məhrusəsində milliyətlər məsələsi açısından, istər Fars solçusu və  istərsə də Fars solçuluğuna quyruq olmuş, milli bilinc və şuurdan yoxsul solçuməab şəxslər üçün Fəransə inqilabının sonuç və nəticəsi bir ideal və mətlub nizam görünsə də, bu ideallıq bugün məzlum millətlər üçün deyil, tarixdəki bir olay və hadisə kimi qələmə alınmalıdır. Babək Əmir Xusrəvi Fəransə inqilabının (1789) sonuç və nəticəsinə heyran qalaraq yazır:

"مارکسیست‌ها و بطریق اوُلی لنینیست‌ها، مدّت‌ها بعد، این خواست را وارد برنامه‌های حزبی کردند و برای اولین بار در کنگره انترناسیونال سوسیالیست‌ها در لندن (۱۸۹۶) هواداری خود را از «حق کامل همه ملت‌ها در تعیین سرنوشت خویش» ابراز داشتند. 
سرنوشت این اصل در گذرگاه تاریخ، چه در قرن ۱۹ و چه بویژه در قرن بیستم؛ دستاوردهای آن و نیزسوء استفاده‌هائی که برخی دولت‌ها از آن کرده‌اند؛ و نیز ناسیونالیسم تجاوزگر و توسعه طلب، که انحرافی ازاین اصل بود؛ هرکدام در جایِ خود، موضوع مقالۀ مستقلی است که پرداختن به آن ما را از موضوع اصلی دور می‌کند. تنها ذکر این نکته ضرورت دارد که الهام از این اصل، در موارد متعدّدی، نقش مهمی در بیداری و در مبارزات رهائی بخش مستعمرات، در دورانِ پس از جنگ جهانی اول ولی بویژه پس از جنگ جهانی دوم داشته است"[ix].

Üstə göründüyü kimi Babək Əmir Xusrəvi Rusiyə Komunistlərini başda Viladimir İliç Lenini təcavüzçü və istemarçı güclər deyə qələmə almasına baxmayaraq dünya görüşü və ideolojisi açısından Rusiyə Komunistlərinə örnək sayılan Fəransənin Jakobinlərini və onları düşüncə və məfkurə açısından təqib edən Paris Komununun[x]Fəransə Komunist Partisinin yanlış davranışlarından dərs almadığı üçün özü də onlar etdikləri xətalara və bu xətaların sonuç və nəticəsi deyə cinayətlərə bulaşacaq məqamda yer alar[xi]. Babək Əmir Xusrəvi genə də yazmış:

"بعضی‌ها اینگونه ملت‌های طراز نوین را که همین پدیده «دولت - ملت» تجلی آن است و منشاء تاریخی آن هم به طورعمده دراروپای غربی است، نمونه قرار می‌دهند. و مشخصه‌ها ودرجۀ پیشرفتِ پیوندهایِ درونی آن در زمینه‌های اقتصادی، اجتماعی و فرهنگی را؛ که مستقیماً متاثر از پیشرفت‌های جامعه سرمایه داری و حاکمیت بورژوازی در این کشورهاست؛ ترسیم می‌کنند. و همان را پایه و مبنا برای بررسی و داوری در مبحث ملی قرار می‌دهند. و چون این مشخصه‌ها و ویژگی‌ها را در گذشته و کشور‌های غیراروپایی نمی‌یابند، در نتیجه به نفی وجود ملت‌ها در مرحله قبل از سرمایه داری، از جمله در کشور ما می‌رسند. روشن است که اِشکال در همین یکی گرفتن مفهوم «ملت در خود» با مفهومِ «ملت برای خود» یعنی همان پدیده نوین «دولت- ملت» است"[xii].

Üstə göründüyü kimi Babək Əmir Xusrəvi Fəransə inqilabını övməsinə və mədh etməsinə baxmayaraq İraniyyət məquləsi açısından İran Məmaliki Məhrusəsindəki Milliyətlər məsələsinin üstünə örtük çəkmək üçün səssizcə xiyali Fars qədimçilik (bastangəraylıq) məquləsini önə çəkərək 300 il Ərəb Xəlifəliyi və 1000 ilə yaxın Türk və Moğul şahlıqları hakimiyətlərini görməzdən gəlməyə çalışar. Beləliklə Jakobinlər dil və mədəniyət baxımından Fransiz təmamiyətiçiliyini təmsil etdikləri ve bugün Fəransə istemarçılığı atlında inildəyən insanların nifrətlərini qazandıqları kimi Fars təməmiyyətçiliyini təmsil edənlər də İran Məmaliki Məhrusəsindəki məzlum milliyətlərin nifrətlərini qazanmaqda heç də keçmişdən ibrət dərsi almış və almaqda qərarlı görünməzlər. Babək Əmir Xusrəvi genə yazır:

" ... انطباق اصل «حق ملل درتعیین سرنوشت خویش» با واقعیت ایران، مفهومی جز استقرار دموکراسی و تامین حاکمیت ملت واحد ایران در تمامیت آن ندارد. به عبارت دیگر، مقصود برپایی حکومت و دولت بر خاسته از اراده ملت ایران در تمامیت آن است، نه تک تک اقوام و اقلیت‌های متشکله آن. به این ترتیب، هرخواستی، از جمله خود مختاری یا راه حل انجمن‌های ایالتی و یا هر شکل دیگر کشورمداری، جزو خواست‌های دموکراتیک‌اند. به همین ترتیب است رفع مضیقه‌ها، از جمله در زمینه فرهنگی و آموزش زبان مادری و امثال آنها. اینگونه خواست‌ها ربطی به اصل «حق ملل درتعیین سرنوشت خویش» ندارد. و درچارچوبِ مبانی و موازینِ دموکراسی و منشورِ حقوق بشر، قابل حل‌اند"[xiii].

Üstə göründüyü kimi Fars isarətinə tutulmuş millərin dil və mədəniyət azadlıqları da Fars dövlətçilik idarə və qurumlarına ihalə olmuş və ihalə olunacaq məsuliyətlər əsasında həyata keçməli imiş. Dil və mədəniyyət baxımından Fars istemar gücləri (istər sağ və istərsə də sol) isə mindikləri atlarından inmək niyyətində görünməzlər. Bu əsasda İran Məmaliki Məhrusəsində Fars təmamiyətçiliyi isarətinə tutulmuş millətlərin azadlıqları bir çoxları göz boyamağa çalışdıqları Farslıq Demokrasısında deyil, hər hanki milli toplumun öz iradəsini emal etmək və öz əli ilə hayata keçəbiləcək və həll olunacaq bir məsələ sayılar. Bu dediklərimizə Fars dinçi hakimiyyətinin anayasasında Fars olmayan etnoslar üçün nəzərə tutulmuş 15. və 19. bəndlərin hayata keçmədiyi, Urmiyə gölünün qurudulması, Qaradağda zilzilədə ev eşiklərindən olanlara yetərli kömək edilmədiyi bir yana qalsın, xarici güclərin zilzilə bölgəsinə yetməsinə də mani olmasını örnək göstərmək yerli olar deyə düşünürəm. Demək bəşər və insan haqları Farslıq əsasındadırsa, bu millətlər öz milli kimliklərindən vaz keçmədikləri durumda İran Məmaliki Məhrusəsində bəşər haqları deyə bir anlayış olmayacaqdır. Bu da demokrası anlayışı deyil, Fars bərbəriyətçiliyi sayılar. Bu doğrultuda Babək Əmir Xusrəvidən oxuyuruq:

"... بعضی‌ها این اندیشه را پیش می‌کشند که تعهد ما به دموکراسی ایجاب می‌کند به خواست اکثریت هر قوم تشکیل دهنده ملت ایران در تعیین سرنوشت خویش تا حد جدایی تن در دهیم. به عبارت دیگر، تصمیم به تجزیه و جدائی و تکه پاره کردن پیکره ایران نیز با تک تک آنهاست!"[xiv].

Üstə işarə olduğu kimi Fəransə istemarçılıq məfkurəsinə söykənmiş özlərini Jakobinçilərin qalığı hesab edənlərin demokrası şuarlarına inanmaq olmaz. Bunlar demokrası pozu ilə ortaya çıxdıqlarına baxmayaraq öz dediklərinə özləri də inanmadıqları üçün xoruzun yeləyini bilə gizli tutmağa başarmazlar. Belə olduqda avam xalq arasında deyilmiş: Ay Demokratməab Şayyadlar!! Qultuğunuzdan eşiyə çıxmış, oğurladığınız xoruzun yeləyinə inanaq mi, yoxsa inanmadığınız avamfəriblik etmək üçün and içim deyə Həzrət Abbasa andınıza inanaq mi? Hankisinə inanaq mi? Babək Əmir Xusrəvi genə yazar:


"سرگذشت پرماجرای تلاش مردم ایران برای حراست از مرزو بوم میهن ما، تاریخی به مراتب قدیمی‌تر و طولانی‌تر از تاریخ دموکراسی نیم بند و زودگذر در کشور ما دارد. هنوز دموکراسی را بدست نیاورده ، بنام آن تمامیت ارضی ایران را بذل و بخشش نکنیم. سرورانی که به این مساله از راه دموکراسی و به اتکاء تعهد ما به محترم شمردن نظر مردم نزدیک می‌شوند، در نظر نمی‌گیرند که ما، همان قدر که به رعایت دموکراسی، یعنی حاکميّت مردم به مردم متعهد هستیم، در برابر استقلال و حاکمیت ملی و بطریق اولی تمامیت ارضی ایران که تبلور خواست و اراده تمامی ملت ایران است، نیز مقیدیم.  بی تردید مثل هر ایرانی، حراست از آن را وظیفه خود می‌دانیم..."[xv].

Üstəki qalın bəlirlənmiş kələmələr üzərində duraqladıqda Babək Əmir Xusrəvilərin avamfəribliyi daha da artıq ortaya çıxmış olar. Bu baxımdan Babək Əmir Xusrəvi Fars Sumka Paniranist və Faşist təşkilat başçısı Daryuş Humayundan heç də özünü fərqləndirəbilməz. Topraq bütünlüyü qonusu açısından Babək Əmir Xusrəvilərdə hər hansı bir demokrası anlayışı yox sayılar.

Qaynaqlar və ətək yazılar


 

[i] Dəniz İşçi, Teoriye Millət yə teoriye Həzfi Hoyivəti Millətha, 26.10.2012: http://kar-online.com/node/5452

[ii] A. Elyar: Nigahi be məqulati Nasyonalism movcud dər Azərbaycan (İran), qisməti dovum, 28.10.2012: http://iranglobal.info/node/11554

[iii] Babək Əmir Xusrəvi”, Pədideye Dovlət və Millət; Məhbəsi Milli və Bərrəsi İcmali An Dər İran: http://www.iran-emrooz.net/index.php/politic/more/41568/  

[iv] Citoyen Fəransənin bir bölgəsinin adıdır.

[v] Jakobinlər (Jacobin) Fəransə inqilabı dönəmində siyasi quruplaşmalardan biri sayılarmış. Jakobinlər 1793. ildən Maximilien de Robespierres başçılığı altında solçuluq anlayışı əsasında Fəransə üçün şahlıq hakimiyət sistimi deyil, Cumhuriyət sistimini daha da uyqun hesab edirmişlər. Bu qurup Cumhuriyət Sistiminin yanısıra Fəransə istemar dilini də bir mədəniyyət daşıyıcı amil kimi qələmə almağa və onu Fəransə İmperatorluğundaki başqa etnoslara təhmil etməkdə sağ axınlarından daha da tutucu (mohafizəkar) bir davranış sərgiləməyə çalışarmış. Jacobin adı Jacobinerkloster Saint-Honoré adlı bir Kilisaya adına əsaslanmış. Bu qurup o kilisada, Parisin yaxınlığında öz toplantılarını keçirərmiş.

[vi] Dilə belənçi yanaşma bugün Fars sünnəti solçuluğunda da özünü göstərmək üzərədir. Yalnız öz dilində yazıb oxumayan və dil şuurundan arınmış, yoxsullaşmış və Fars təşkilatlarına ayaqçı kimi tutulmaqda özlərini məhküm edən zatlar bu məsələnin fərqında deyillər. Öz milli mənliyi və kimliyinə özgə yanaşma Fars olmayan ancaq milli bilincdən yoxsul, istər sağ və istərsə də sol nehilistlər arasında olduqca yayqın bir görünüm (fenomen) sayılar.

[vii] Hətta Almanya dövlətçiliyinin tərsinə olaraq Rusiyə Sovyetliyi dağılmadan öncə bilə Fəransə Komunistləri Fəransə  Sosiyalistlərini hakimiyətə gəlməkdə və onlar ilə hakimiyət  etməkdə açıq və aşkar əməkdaşlıq etmişlər.

[viii] Babək Əmir Xusrəvi, bax orada.

[ix] Babək Əmir Xusrəvi, bax orada.

[x] Paris Komunu (Fransizca La Commune de Paris) bir sıra Fransə solçuları tərəfindən Parisdə şəkillənmiş və Paris şəhərinin yönətimini Mart ayının 18indən May ayının 28inə dək əlində tutmuş bir solçu məhfəl sayılar. Bu məhfəl Fransə tutuçu (muhafizəkar) hakimiyətinin istəyinin tərsinə olaraq Paris şəhərini xiyal etdikləri sosyalist düşüncələri əsasında idarə etmək istəmişlər. Bu məhfəlin üzvləri Kummunardlar (frz. Communards, fərd olaraq da communard) adlanırmışlar. Paris Komunu bugün də Komunistlər tərəfindən işçi diktaturluğuna bir örnək deyə qələmə alınar (bax.http://de.wikipedia.org/wiki/Pariser_Kommune).

[xi] Parti communiste français: http://de.wikipedia.org/wiki/Parti_communiste_fran%C3%A7ais

[xii] Babək Əmir Xusrəvi, bax orada.

[xiii] Babək Əmir Xusrəvi, bax orada.

[xiv] Babək Əmir Xusrəvi, bax orada.

[xv] Babək Əmir Xusrəvi, bax orada.

 

 

 

Işıq Sönməz, 01.11.2012